Mobil qurğuların enerji ilə doldurulması üçün orqanik "ağac" yaradıldı
Finlandiya Texniki Araşdırma Mərkəzində (VTT) çalışan alimlər qrupunun Oulu şəhərində təqdim etdiyi yeni həllin köməyi ilə mobil qurğuları enerji ilə doldurmaq olar. Yeni həll orqanik materiallardan hazırlanmış nazik və elastik günəş panel rolunu oynayan yarpaqlara malik “ağac”dır.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, qurğu “3D” printerin köməyi ilə yaradılıb. "Ağac"ın yarpaqları enerjini ekoloji cəhətdən təhlükəsiz yolla (bərpa olunan mənbələrdən) alaraq toplaya bilər.
Belə yarpaqlar VTT tərəfindən ixtira edilmiş unikal texnologiya üzrə yaradılıb.
"Ağac"ın yaradıcıları ümid edirlər ki, bu həll investorlarda maraq doğuracaq və tədricən kütləvi istehsal ediləcək və Oulu regionunu yeni iş yerləri ilə təmin edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL