waplog

Məhkəmə “Samsung” şirkətinə yeni planşeti nümayiş etdirməyi qadağan edib


Almaniyanın Düsseldorf şəhərindəki məhkəmə “Apple” şirkətinin tələbinə görə “Samsung”a “İFA 2011” sərgisində “Galaxy Tab 7.7” planşetini göstərməyi qadağan edib. Qətnamə cümə günü, sentyabr ayının 2-də çıxıb.

Cənubi Koreya şirkətinə “Galaxy Tab 7.7” planşetini Almaniya ərazisində satmaq və yaymaq qadağan edilib. Sərgi Berlində keçirildiyindən “Samsung” şirkəti öz stendlərindən planşeti götürməyə məcbur olub.

“Galaxy Tab 7.7” planşeti sentyabr ayının 1-də “Samsung” şirkəti tərəfindən təqdim edilib. Qurğu 7,7 düym “Super AMOLED” ekranı ilə təchiz edilib. Planşet “Android” platformasında işləyir, 1.4 QHz prosessor və 8 qiqabayt daxili yaddaş ilə təchiz olunub.

“Apple” şirkəti hesab edir ki, “Samsung”un planşetləri, həmçinin bəzi smartfonları onun “iPad” və “iPhone” məhsullarının dizaynını köçürür. Bununla əlaqədar olaraq Amerika şirkəti “Samsung”u bir neçə ölkədə, həmçinin Almaniya, Avstraliya və Hollandiyada təqib edir.

Bununla belə “Samsung” və “Apple” şirkətləri əməkdaşlıq münasibətlərindədirlər, belə ki, Cənubi Koreya şirkəti “iPhone” istehsalçısına ekran və mikroprosessor tədarük edir. “İFA” ən böyük elektronika sərgilərindən biridir və 1924-cü ildən Almaniyada keçirilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL