waplog

Məktəblilər üçün modulyar noutbuk hazırlanıb


“OLPC” layihəsinin tərəfdaşı olan “One Education” təşkilatı son ildə məktəblilər üçün modulyar noutbukun hazırlanması ilə məşğul olub. Yeni qurğu yaxın bir neçə həftə ərzində təqdim edilməlidir.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, yeni noutbuk konstruksiya baxımından “Google” şirkətinin “Ara” modulyar smartfonuna oxşayır. Belə ki, karkas üzərinə çıxarılıb-taxılan modullar (rabitə modulu, akkumulyator, hesablama bloku) bərkidiləcək. Bu halda hesablama bloku prosessor, əməli yaddaş və daşıyıcıdan ibarətdir.
 
Əsas ideya ondan ibarətdir ki, kompüterin komponentlərini tədricən yeniləyərək onu bir neçə il ərzində istifadə etmək mümkün olsun. Bu prosedur çox sadə olduğundan, hətta məktəbli rahatlıqla bu işin öhdəsindən gələcək. Kompüter “XO-infinity” (“infinity” sonsuzluq deməkdir) adlanacaq ki, bu da uzunmüddətli istifadə dövrünü nəzərdə tutur.
 
“XO-infinity” noutbukunun əsas modullarının təxmini qiyməti, satışa çıxarılma tarixi və texniki xarakteristikaları hələ açıqlanmayıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL