ABŞ şirkəti Danimarkada dünyanın ən iri məlumat mərkəzlərindən birini açacaq
ABŞ-ın “Apple” şirkəti Danimarkada dünyanın ən iri məlumat mərkəzlərindən birini istifadəyə verəcək. Bu barədə Danimarka Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Mərkəz enerji ilə tamamilə bərpa olunan mənbələrdən təchiz ediləcək, habelə istiliyin qalığı yerli isitmə şəbəkəsinə ötürülməklə ətraf mühit üçün mənfi fəsadları aradan qaldırmağa kömək edəcək.
Mərkəzi Yutlandiyada Viborq şəhərində tikiləcək yeni məlumat mərkəzinə investisiyaların həcmi 6,3 milyard kron (850 milyon avro) təşkil edəcək. İnşaat işlərinin 10 il davam etməsi planlaşdırılır. Bu, Danimarkada ən böyük xarici investisiya layihəsi olacaq.
Eyni zamanda oxşar mərkəz İrlandiyada da yaradılacaq. Layihənin ümumi dəyəri 1 milyard avrodan çoxdur ki, bu da “Apple”ın Avropada ən böyük investisiyasıdır.
“Layihə Danimarka iqtisadiyyatı üçün ciddi dəstək olacaq”, - Danimarka ticarət və inkişaf naziri Moqens Yensen deyib.
Nazir qeyd edib ki, “Apple”ın seçimi sübut edir ki, Danimarka “yaşıl” həllər və bərpa olunan enerji texnologiyaları sahəsində dünya lideridir. O, daha sonra əlavə edib ki, bu, həmçinin Danimarkanın investorlar, xüsusilə innovativ biznes üçün cəlbedici ölkə olmasından xəbər verir. “Bu, dünyanın ən ekoloji təmiz və innovativ məlumat mərkəzi olacaq”, - o vurğulayıb, - “TASS” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL