waplog

“Samsung” dünya televizorlar bazarında liderliyini möhkəmlədib


“DisplaySearch” analitik şirkəti Cənubi Koreyanın “Samsung” şirkətinin dünya düzpanelli televizorlar bazarında birinci yerini qoruyub saxlamasını açıqlayıb.

Ekspertlərin 2014-cü il üçün qiymətləndirməsinə görə, şirkətin dünyada televizorların satışından əldə olunan ümumi mədaxildə payı bir il əvvəlki 26,7 faizə və 2012-ci ildəki 27,4 faizə nisbətdə 29,2 faiz təşkil edib. Mütəxəssislər “Samsung”un uğurunu Şimali Amerika bazarında “4K” modellərinə, bükük ekranlara və digər bahalı məhsullara olan yüksək tələbatla izah edirlər. Burada istehsalçının payı 35,4 faizə bərabər olub.
 
Televizor qurğularının satışı üzrə ikinci yerdə əvvəllər olduğu kimi 2013-cü ildə bazardakı 15,3 faizlik payını 2014-cü ildə 16,7 faizədək artıran digər Cənubi Koreya istehsalçısı “LG” şirkəti qərarlaşıb. Üçüncü yeri Yaponiyanın “Sony” (7,9 faiz), dördüncünü Çinin “HIsense” (5,5 faiz) şirkəti tutub.
 
Yüksək təsvir ölçüsünə malik (Ultra HD, 4K) televizorlar seqmentində 2014-cü ildə “Samsung” 34,7 faizlik paya sahib çıxıb ki, bu da ötən ilin yekunları ilə müqayisədə 25 faiz bənd çoxdur. Şirkətə iki istiqamət üzrə işi nəzərdə tutan strategiyası (Çin istehlakçıları üçün ucuz mallar və bahalı məhsullar) kömək edir. “Samsung” Çin “4K TV” bazarının 20,4 faizinə nəzarət edir.
 
“DisplaySearch”in proqnozuna görə, 2018-ci ilədək “Ultra HD” qurğuları dünya televizor sahəsinin üçdə bir hissəsinə sahib çıxacaq, - “3DNews” yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL