waplog

Dünyada satılan hər üçüncü smartfon “LTE” şəbəkəsini dəstəkləyir


2014-cü ildə bir çox smartfon istehsalçıları “LTE” dəstəkli aparatların çeşidini xeyli genişləndiriblər. “Counterpoint Technology Market Research” ekspertlərinin hesablamasına görə, nəticədə belə smartfonların tədarükü 118 faiz yüksəlib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin məlumatına görə, ötən ilin son rübündə “LTE” aparıcı mobil rabitə standartı olub: “LTE” dəstəkli smartfonlar tədarük həcminə görə ilk dəfə “3G” aparatları ötüb. Həmçinin bildirilib ki, indi dünyada satılan hər üçüncü mobil telefon “LTE” şəbəkəsində işləyə bilir.

Ötən ilin son rübündə Çin “LTE” dəstəkli ən böyük mobil telefon bazarı adına layiq görülüb və ABŞ-ı geridə qoyub. “LTE” aparatların qlobal tədarükünün 60 faizi bu iki ölkənin payına düşüb.

Şirkətlər arasında sözügedən bazarın lideri 35 faiz göstəriciyə malik “Apple”dır. Analitiklər bildirib ki, 2014-cü ilin oktyabr-dekabrında tədarük edilmiş üçüncü “LTE” dəstəkli smartfon "alma" loqotipli korpusa malik olub. “Samsung” və “Huawei” şirkətləri müvafiq olaraq ikinci və üçüncü pillələri bölüşdürürlər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL