waplog

2014-cü ildə mobil telefonlar üçün displey bazarı 1.2 milyard dollar qazandırıb


Smartfonlar əvvəlki kimi orta və kiçik ölçülü panellərin tətbiqi üzrə ən böyük sahə olaraq qalır. “HIS” analitik şirkətinin hesablamasına əsasən, 2014-cü ildə mobil telefonlar üçün qlobal ekran bazarının həcmi 4 faiz yüksəlib və pul baxımından 1,2 milyard ABŞ dolları təşkil edib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, eyni zamanda ekspertlər daha iki məhsul kateqoriyasının sürətli inkişafına diqqət yetirirlər. Belə ki, avtomobil ekranları bazarının həcmi 26 faiz yüksələrək 848 milyon dollara çatıb. Çoxfunksiyalı qurğular üçün ekran sektoru daha yüksək artım tempi göstərib: onların satış həcmi 148 faiz yüksələrək 85 milyon dollar təşkil edib.

Ötən il “TFT-LCD”, “AMOLED” və “AMEPD” (“active matrix electrophoretic display”, aktiv matrislər əsasında elektroforetik ekranlar) tipli məhsullar daxil olmaqla kiçik və orta ölçülü ekran bazarının həcmi 8 faiz yüksələrək 2,5 milyard təşkil edib.

Mobil telefonlar üçün panellərin tədarük həcmi 10 faiz, yığcam fərdi kompüterlər üçün ekranlar 7 faiz və avtomobillər üçün ekranlar 33 faiz yüksəlib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL