waplog

“HP” və “Deutsche Bank” bir neçə milyard dollarlıq İT sazişi imzalayıb


Almaniyanın “Deutsche Bank” bankı ABŞ-ın “HP” şirkəti ilə informasiya texnologiyaları (İT) sahəsində dəyəri bir neçə milyard dollar qiymətləndirilən saziş imzalayıb. Sənədin qüvvədə olma müddəti on il təşkil edir. Bu barədə “Reuters” agentliyi “Deutsche Bank” və “HP”-nin birgə bəyanatına istinadən məlumat verib.
 
Bu müddət ərzində ABŞ-ın kompüter texnikası istehsalçısı “Deutsche Bank”ın banklararası əməliyyatlarla əlaqədar İT infrastrukturuna xidmət göstərəcək. Məsələn, “Deutsche Bank” əməliyyatlar üçün “HP”-nin kompüterlərindən və məlumat saxlama sistemlərindən istifadə edəcək.
 
Sazişə əsasən, Almaniya bankı xərcləri azalda, yeni məhsul və xidmətlərin istifadəyə verilməsini sürətləndirə biləcək.  
 
Qeyd etmək lazımdır ki, "Deutsche Bank” və “HP” tərəfdaşlığı bankın pərakəndə biznesinə şamil edilmir. Bu fəaliyyət sahəsi “Deutsche Bank”ın 2003-cü ildən birgə çalışmağa başladığı "IBM” korporasiyasına həvalə olunub. O vaxtdan “IBM” tərəfdaş üçün Almaniyada müxtəlif bank xidmətlərinin istifadəyə verilməsini təşkil edib, - "DailyComm” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL