waplog

İKT-nin geniş tətbiqi ilə tibb müəssisələrinin fəaliyyətində səmərəlilik və operativliyin yüksəldilməsi üçün yeni xidmətlər təklif edilir


 İnformasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə tibb müəssisələrinin fəaliyyətində səmərəlilik və operativliyin yüksəldilməsi üçün yeni xidmətlər təklif edilir.

Bu xidmətlərdən biri də “Ultra Technologies” şirkəti tərəfindən təqdim edilən “MedUP” – Tibb Xidməti İdarəetmə Sistemidir. Şirkətdən bildirilib ki, Tibb Xidməti İdarəetmə Sistemi (TXİS) bütün səhiyyə müəssisələri üçün nəzərdə tutulan, pasientlərə tibbi xidmətin avtomatlaşdırılmasını təmin edir. Tibbi proseslərin avtomatlaşdırılması və idarəedilməsi üçün nəzərdə tutulan bu sistem, pasientlərin tibbi kitabçası, ambulator və stasionar müalicələri, dövri tibbi baxışları, tibbi baxışlar haqqında məlumatların daxil edilməsini və onlardan istifadəni həyata keçirir: “Elektron idarəetmə həllərinin müxtəlif istiqamətdə tətbiqini həyata keçirən şirkət bu xidmətləri səhiyyə sahəsində də inkişaf etdirməkdədir.

Funksionallıq və effektivlik baxımından TSİX-in istifadəsi daha rahatdır. Sistemin üstünlüklərinə ümumi tibb xidmətləri üzrə lazım olan bütün hesabatların tez bir zamanda əldə edilməsi, rahat istifadəçi interfeysi, “Oracle” və “Java” texnologiyalari üzərində qurulmuş sürətli sistem, verilənlərin təhlükəsizliyinin təmin olunması, ümumilikdə tibb müəssisələrində elektron tibbi kartlardan istifadə daxildir. Sistem, eyni zamanda istənilən həcmdə və növdə məlumatların daxil edilməsi, ixtiyari sayda istifadəçilərə sistemə daxilolma hüququnun verilməsi, operativ axtarış sistemi, pasientlər haqqında bütün məlumatların elektron formada əldə edilməsi, “Web application” üzərində yazıldığından ixtiyari yerdə və zamanda məlumatların alınması kimi üstünlüklərə malikdir”.

Sistem əsas olaraq pasientin tibbi kitabçasının elektron şəkildə yaradılması və istifadə olunmasını təmin edir. Yaranmış tibbi kitabça vasitəsi ilə pasientin sağlamlıq vəziyyəti haqqında hərtərəfli məlumat almaq mümkündür.

Qeydiyyatdan keçmiş hər bir pasientin tibbi kitabçasına müayinə və müalicə prosesi barəsində məlumatlar daxil edilir və dövri olaraq sistemdə yenilənir. İstənilən vaxt sistemdən tibb müəssisəsi üzrə bütün pasientlərin siyahısını elektron variantda əldə etmək mümkündür. Həmçinin, sistemdə istənilən sayda sistem istifadəçisi yaratmaq imkanı ilə bərabər, istifadəçi müxtəlifliyini nəzərə alaraq xüsusi çoxfunksiyalı istifadəçi paneli nəzərdə tutulub.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL