waplog

Məlumat Hesablama Mərkəzində Xocalı soyqırımının 23-cü il dönümünə həsr olunmuş tədbir keçirilib


Bu gün Məlumat Hesablama Mərkəzində (MHM) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirildi. Tədbir  Xocalı soyqırımı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri MHM-nin direktoru açıq elan edərək, XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımı barədə tədbir iştirakçılarına geniş məlumat verib.

O, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən amansız cinayətlər, 613 dinc sakinin amansızcasına qətlə yetirilməsi, yüzlərlə günahsız azərbaycanlının şikəst olması və əsir götürülməsi, soyqırım zamanı törədilmiş digər vəhşiliklər barədə ətraflı çıxış edib.  Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi dəhşətli və faciəli Xocalı soyqırımı, törədilən ağır qırğının nəticələri və tarixi-mədəni abidələrimizin məhv edilməsini dünya ictimaiyyətinin diqqətinə çatdırılması və tanıdılması istiqamətində müxtəlif ölkələrdə keçirilən tədbirlər və aksiyaların təqdirəlayiq olduğu qeyd olunub.

Tədbirdə digər çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışıblar və bu faciənin millətin qan yaddaşında əbədi qalacağını bir daha vurğulayıblar..



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL