Alıcılar mağazalardan alış-veriş zamanı mobil qurğulardan çox istifadə edirlər
"GfK" şirkəti 23 ölkənin mobil telefon istifadəçiləri arasında sorğu keçirib. İstifadəçilərin mağazada olarkən öz mobil qurğularından necə istifadə etməsi keçirilmiş sorğunun mövzusu olub.
Ən populyar cavablar aşağıdakı kimi olub: "qiymətləri müqayisə edirəm", "mağazada olduqda məsləhətləşmək üçün dost və ya qohumla danışıram", "almaq istədiyim məhsulların fotoşəklini çəkirəm".
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, qadınlarla müqayisədə kişilər mağazada olarkən qiymətlərin müqayisəsi üçün mobil telefonlardan daha çox istifadə edirlər (müvafiq olaraq 37 və 42 faiz). Cənubi Koreya, Çin və Türkiyədə alıcılar mağazada olarkən qiymətlərin müqayisəsi üçün mobil telefonlardan daha çox istifadə edirlər, bu halda alıcıların müvafiq olaraq 59, 54 və 53 faizi bunu müntəzəm edir.
Dünyada kişilər və qadınlar mağazada olarkən dost və ya qohumdan məsləhət soruşmaq üçün mobil telefonlardan demək olar ki eyni istifadə edirlər.
Meksika, Polşa və Türkiyədə alıcılar mağazada olarkən dost və ya ailə üzvünə zəng vurmaq üçün öz mobil telefonlarından daha çox istifadə edirlər, bu halda alıcıların müvafiq olaraq 55, 53 və 52 faizi bunu müntəzəm edir. Yaponiya sakinləri məsləhət üçün mobil telefonlardan daha az istifadə edir.
Alıcıların almaq istədiyi məhsulların fotoşəklini çəkməsi – bu, mağazada olarkən mobil telefondan istifadənin üçüncü populyar üsuludur. Dünyada kişilər və qadınlar alış-veriş zamanı malların fotoşəklini çəkmək üçün mobil telefonlardan eyni istifadə edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL