waplog

2015-ci ildə dünyada planşetlərin tədarükü 12 faiz azala bilər


“Digitimes Research” analitik şirkəti dünya planşetlər bazarı üzrə proqnozu pisləşdirib. Yeni proqnoza görə, 2015-ci ildə istehsalçılar ümumilikdə 221,4 milyon planşet tədarük edəcək ki, bu da 2014-cü ilin göstəricisindən 12 faiz azdır. Əvvəlki proqnozda göstərici 244 milyon ədəd qeyd olunub.
 
“Apple” şirkətinin bazarda liderliyini qoruyacağı gözlənilir, lakin sahə kimi ABŞ şirkəti “iPad” planşetlərinin tədarükündə ikirəqəmli azalma ilə üzləşəcək. “Digitimes Research”in qiymətləndirməsinə görə, bu il bazara ümumilikdə 54,2 milyon “iPad” tədarük ediləcək ki, bu da ötən ilin həcmindən 16,6 faiz aşağıdır.
 
Qeyd olunur ki, digər məşhur istehsalçılar birlikdə təxminən 90,7 milyon planşet buraxacaq və illik ümumi nəticəni 0,1 faiz yaxşılaşdıracaq. Bu halda “Samsung Electronics” şirkəti 16,3 faizlik pay göstəricisi ilə ikinci nəhəng planşet istehsalçısı kimi qalacaq, üçüncü yeri "Lenovo” (5,3 faiz), dördüncünü “ASUS” (4,2 faiz) tutacaq. Sonrakı yerlərdə bir-birindən cüzi geriləmə ilə "Google” (1,7 faiz), “Acer” (1,7 faiz) və “Amazon” (1,6 faiz) qərarlaşacaq.
 
Planşetlərə tələbatın azalmasından məşhur şirkətlərdən daha çox "white-box” sxemi üzrə fəaliyyət göstərən istehsalçılar zərər çəkəcək. Analitiklərin fikrincə, 2015-ci ildə “markasız” planşet qurğularının tədarük həcmi 20 faiz azalaraq 76,5 milyon ədədi ötməyəcək, - "DailyComm”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL