“LG” şirkəti bükük smartfonunun beynəlxalq satışına başlayır
Cənubi Koreyanın “LG” şirkəti “G Flex 2” smartfonunun beynəlxalq satışına başlayıb. “CES 2015” beynəlxalq elektronika sərgisində elan edilmiş smartfon tezliklə Cənubi Koreyada satışa çıxarılıb. İndi aparat başqa ölkələrdə pərakəndə satışa çıxarılacaq.
“LG” şirkətinin bəyanatına əsasən, bu həftə “G Flex 2” smartfonunu ABŞ, Honkonq, Sinqapur, Fransa, Almaniya və Böyük Britaniyada sifariş etmək mümkün olacaq. “MWC 2015” sərgisi başa çatdıqda sözügedən smartfonu Şimali və Cənubi Amerika, Avropa və Asiyada satın almaq mümkün olacaq. Smartfon 2.0 QHs takt tezlikli “Qualcomm Snapdragon 810” prosessoru, “P-OLED” tipli bükük ekran 1920x1080 piksel təsvir ölçüsünə və 5.5 düymlük diaqonala malikdir.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, 2,1 meqapiksellik ön kamera jestlərlə verilən əmrləri “tanıyır”. Əmrləri 1.5 metr məsafədən tanıyır.
Korpusun arxa paneli xüsusi örtüyə malikdir və 10 saniyə ərzində otaq temperaturunda kiçik cızıqları bərpa edir. Bu aparat, həmçinin yüksək məhsuldarlığa malikdir.
Smartfon öncədən “Google Android 5.0” (Lollipop) mobil əməliyyat sistemi ilə təchiz edilib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL