Bakıda “IDC”-nin “IT Security and Datacenter Transformation Roadshow 2015” konfransı keçiriləcək
Bakıda iyunun 5-də “IDC”-nin dördüncü illik “IT Security and Datacenter Transformation Roadshow 2015” konfransı keçiriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, informasiya təhlükəsizliyi və data mərkəzlərin transformasiyasına həsr olunmuş tədbir, “IDC” analitik şirkətinin Mərkəzi Asiyada və Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunacaq.
“IDC”-nin “IT Security and Datacenter Transformation Roadshow 2015” konfransı çərçivəsində qeyd edilən sahələr üçün nəzərdə tutulmuş aparıcı dünya və yerli istehsalçıların məhsulları ilə tanış olmaq və mütəxəssislərlə onları müzakirə etmək mümkün olacaq.
Konfransın əhatə edəcəyi əsas mövzular bunlardır:
-
İnformasiya təhlükəsizliyi sahəsinin tənzimlənməsi. Federal qanunvericilikdə və sahə standartlarında əsas tendensiyalar. İdxalın əvəz edilməsi təcrübəsi.
-
İnformasiya təhlükəsizliyi risklərinin idarə edilməsi: GRC konsepsiyası və informasiya risklərinin idarə edilməsi sistemləri (SIEM, SVM, fraud prevention)
-
İnformasiya təhlükəsizliyinə yönəldilən sərmayələrin effektivliyinin qiymətləndirilməsi
-
Məqsədli hücumlara müqavimət. Təcrübədən nümunələr. DooS-hücumlardan
mühafizə və kritik vacib İT-sistemlərin fasiləsiz işinin təmin edilməsi
-
Daxili təhdidlərin qarşısının alınması: korporativ proqram təminatının
təhlükəsizliyinin təmin edilməsi və məlumat itkisinin qarşısının alınması
-
Mobil təhlükəsizlik: mobil qurğularda məlumatların mühafizəsinin təmin edilməsi və mobil istifadəçilərin çıxış hüquqlarının idarə edilməsi
-
Bulud və virtual infrastrukturların təhlükəsizliyinin təmin edilməsi üzrə müasir həllər
Tədbir CISO, CIO, CTO informasiya texnologiyaları və korporativ təhlükəsizlik üzrə rəhbərlər, yerli və xarici ekspertlər üçün nəzərdə tutulub.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL