waplog

Avropa Komissiyası Danimarkanı Avropanın ən “rəqəmli” ölkəsi seçib


Danimarka Avropa İttifaqında (Aİ) rəqəmli göstəricilər üzrə ən qabaqcıl ölkədir. Bu barədə Avropa Komissiyası tərəfindən dərc edilən informasiya texnologiyalarının (İT) inkişafı üzrə sonuncu reytinqdə deyilir.
 
Reytinqin tərtibi üçün genişzolaqlı internetə qoşulma, o cümlədən çıxış və qiymət, internetdə işləmə bacarıqlarının yayılması, alış-veriş üçün internetdən mütəmadi istifadə və xəbərlərin oxunması, hər dövlətdə rəqəmli texnologiyaların və rəqəmli xidmətlər sektorunun inkişaf dərəcəsi kimi göstəricilərdən istifadə olunub. Nəticədə Danimarka maksimal mümkün 1,0 baldan 0,68 bal toplayıb.
 
Danimarkadan sonra reytinqdə İsveç, Niderland, Finlandiya və Belçika qərarlaşıb. Sonuncu yeri 0,31 balla Rumıniya tutub.
 
Danimarka yüksək göstəricilərə xüsusilə rəqəmli texnologiyalardan administrasiyaların əhali ilə ünsiyyət qurması zamanı geniş istifadədə nail olub. Belə ki, ölkə sakinlərinin 69 faizi yerli hakimiyyətlərlə işlərini blankları onlayn doldurmaqla yoluna qoyur.   
 
Avropa Komissiyasının tədqiqatında qeyd olunur ki, danimarkalılar Avropanın digər sakinləri ilə müqayisədə alış-veriş edərkən internetdən daha fəal istifadə edirlər, tez-tez sifarişlə videoya (Video on Demand) baxırlar. 
 
Danimarka biznesi həmçinin Aİ-də rəqəmli texnologiyaların imkanlarından istifadə üzrə ən yaxşısı seçilib.
 
Tədqiqata əsasən, 2014-cü ildə Avropa əhalisinin 75 faizi mütəmadi internetdən istifadə edib. 2013-cü ildə bu göstərici 72 faizə bərabər olub.
 
Hazırda Avropa Komissiyası mayda təqdim olunacaq vahid rəqəmli bazar strategiyasını hazırlayır. Tədqiqat zamanı əldə olunan məlumatlar sübut edir ki, ölkələr arasında rəqəmli texnologiyaları mənimsəməkdə böyük fərq var və sərhədlər vahid rəqəmli bazar üçün maneə olaraq qalır.
Danimarkanın rəqəmli texnologiyalar sahəsində yüksək reytinqi heç kimdə təəccüb doğurmur. Ötən ilin noyabrında Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ölkəni informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində ən yaxşı ölkə adlandırıb, - “TASS” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL