waplog

DQMK-nın informasiya sistemlərinə digər dövlət orqanlarının qoşulması prosesi genişləndirilir


Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) informasiya sistemlərinə digər dövlət orqanlarının da qoşulmasını təmin etmək üçün 2015-ci ildə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub.
 
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə,  bu, komissiyanın 2014-cü ildəki fəaliyyətinə dair hesabatda əksini tapıb.
 
 
İstifadə edilən informasiya sistemləri və elektron xidmətlərin təbliği üçün regionlarda təqdimatların keçirilməsi planlaşdırılır.
 
 
Hesabatda həmçinin qeyd olunur ki, komissiyanın informasiya resurslarının digər dövlət orqanlarının informasiya sistemlərində istifadəsini təmin etmək üçün müvafiq veb servislər yaradılıb. Hazırda “Elektron hökumət” portalında Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemindən (DQRİS) istifadə edilir.
 
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL