Çin xarici brendlərdən imtina edir
Çin hakimiyyəti son iki ildə təhlükəsizlik məsələlərinə istinad edərək yüksək texnologiyalar sahəsində bir sıra aparıcı xarici brendlərin məhsulunu büdcə puluna alınacaq malların siyahısından çıxarır. Bu haqda analitiklərə istinadən “Reuters” agentliyi məlumat paylaşıb.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, belə ki “Cisco Systems Inc.” şirkətinin təxminən 60 məhsul növü, həmçinin “Apple Inc” şirkətinin “iPad” planşet kompüterləri və “MacBook” noutbukları, “Citrix Systems Inc.” və “Intel Corp.” şirkətlərinin texnikaları, həmçinin “McAfee” antivirus proqram təminatı sözügedən siyahıya salınmayıb.
Analitiklər iddia edirlər ki, bu addım qismən ABŞ hökumətinin kütləvi izləmə proqramları haqda Edvard Snoudenin açıqlamaları ilə izah olunur. Bundan başqa, haker hücumları və kibercasusluqla bağlı ittihamlara görə Pekin və Vaşinqton arasında gərginlik artıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL