"Apple” rəhbəri Almaniya kansleri ilə görüşüb
ABŞ-ın "Apple" şirkətinin baş direktoru Tim Kuk Berlinə rəsmi səfəri çərçivəsində Almaniya federal kansleri Angela Merkel ilə görüşüb. Danışıqların əsas mövzusu internet təhlükəsizliyi, şəbəkə neytrallığı, təhsil və ətraf mühitin mühafizəsi məsələləri olub.
T.Kuk "BILD" qəzetinə müsahibədə Almaniyada ilk dəfə olduğunu bildirərək yerli hakimiyyətin fərdi məlumatların mühafizəsinə əməl olunması üçün səylərini bölüşdüyünü qeyd edib. Onun sözlərinə görə, o da məxfilik məsələsində almalar kimi düşünür.
Fevralın əvvəlində Ağ Evdə keçirilən sammitdə şirkət baş direktoru hamının şəxsi həyat hüququna malik olmasını bəyan edərək xəbərdar edib ki, məxfilik və istifadəçilərin təhlükəsizliyi arasında düzgün balansa riayət etməkdən imtina ciddi nəticələrə səbəb olacaq, - "Macdigger" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL