waplog

“Applied and Computational Mathematics” və “Nelineynı Kolibannya” jurnalları arasında əməkdaşlıq əlaqələri möhkəmləndiriləcək


Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun təsis etdiyi impakt faktoru 0.24 olan “Nelineynı Kolibannya” jurnalının redaksiya heyətinin genişləndirilmiş iclası keçirilib. İclasda jurnalın redaksiya heyətinin dünyanın müxtəlif ölkələrindən olan 25 üzvündən 17-si iştirak edib.
 
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev redaksiya heyətinin üzvü kimi iclasda iştirak edib. Baş redaktor, akademik A.M.Samoylenko jurnalın bugünkü uğurları və gələcək perspektivləri haqqında məruzə edib.
 
Həmçinin Ukrayna MEA-nın Riyaziyyat İnstitutu ilə Tətbiqi Riyaziyyat ETİ arasında elmi əməkdaşlığın inkişaf yolları müzakirə edilib və “Nelineynı Kolibannya” jurnalı ilə İmpakt Faktoru 0.697 olan “Applied and Computational Mathematics” jurnalı arasında sıx əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi vurğulanıb.
 
Qeyd edilib ki, bu əməkdaşlıq əlaqələri beynəlxalq aləmdə hər iki jurnalın reytinqinin yüksəlməsində mühüm rol oynayacaq.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL