waplog

“Samsung” yeni qurğularını nümayiş etdirib


“Samsung” şirkəti “MWC 2015” sərgisi ərəfəsində iki yeni smartfonunu (“Galaxy S6” və “Galaxy S6 edge”) rəsmən təqdim edib. Yeni qurğular metal və şüşədən hazırlanıb, ön və arxa panelləri “Gorilla Glass 4” qoruyucu şüşəsi ilə örtülüb. "Ən məhsuldar prosessor! Ən yaxşı kamera! Ən yaxşı ekran!" – yenilikləri təqdim edən “Samsung”un nümayəndəsi yeni qurğuları belə təqdim edib.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, hər iki smartfon 2560×1440 piksel təsvir ölçülü 5,1 düymlük “Super AMOLED” texnologiyasına əsaslanan ekranla təchiz edilib. İstehsalçının bəyanatına görə, “Galaxy S6 edge” smartfonu istifadəçi üçün rahatlıq deməkdir. Məsələn, oxunulmamış bildirişlər göstərilə bilər, jestlər dəstəklənir.
 
Hər iki qurğu “Samsung”un 64 bitlik səkkiznüvəli “Exynos 7420” prosessoru, 3 QB “LPDDR4” əməli yaddaş, 32, 64 və ya 128 QB daxili yaddaşla təchiz edilib.
 
İstehsalçı iddia edir ki, yeni qurğuların kameraları ən qabaqcıldır. Bu “f/1.9” aperturası, "ağıllı" optik sabitləşmə sistemi və “Real-Time HDR” rejimini dəstəkləyən 16 meqapiksellik modullardır ki, hətta zəif işıqlandırma şəraitində keyiyyətli fotoşəkillərin çəkilməsinə imkan verir. “Home” düyməsinin üzərinə iki dəfə sıxmaqla kameranı aktivləşdirmək olar.
 
“Galaxy S6” modelində akkumulyator batareyasının tutumu 2550 milliamper/saat, “Galaxy S6 edge”də isə 2600 milliamper/saatdır, simsiz enerjidoldurma (“Qi” və “PowerMat”) imkanı və enerjinin (10 dəqiqəlik şarj yığdıqda smartfon təxminən 4 saat işləyəcək) sürətli bərpa rejimi mövcuddur. “Galaxy S6” qurğusu “iPhone 6” ilə müqayisədə iki dəfə daha sürətli enerji toplayır. Smartfonların avtonom iş vaxtı video izləmə rejimində təxminən 13 saat və ya “LTE” şəbəkəsindən istifadə rejimində 11 saatadək təşkil edir.
 
“Galaxy S6” qurğusunun ölçüləri 143×71×6,8 mm, çəkisi 138 qramdır. “Galaxy S6 edge” modeli 1 mm qısadır, amma 0,2 mm daha qalındır, çəkisi əvvəlki modeldən cüzi fərqlənir. “Samsung” şirkəti yeni dizayna görə çıxarılıb taxılan akkumulyator, “microSD” yaddaş kartı və sudan müdafiədən imtina edib. “Galaxy S6” və “Galaxy S6 edge” qurğuları “TouchWiz” interfeysinə malik “Android 5.0.2” platforması ilə işləyir.
 
Yeni qurğuların beynəlxalq satışı aprelin 10-na nəzərdə tutulub. “Galaxy S6” smartfonu ağ, qara, qızılı və mavi, “Samsung Galaxy S6” isə ağ, qara, qızılı və yaşıl tərtibatda əlçatan olacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL