“Huawei”nin Azərbaycandakı rəsmi distributoru bəlli oldu
"Alsatech" şirkəti Çinin aparıcı şirkətlərindən biri olan "Huawei"in Azərbaycanda rəsmi distributoru statusunu alıb.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, şirkətlər arasında rəsmi sənəd imzalanma mərasimində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev və Çinin ölkəmizdəki səfiri Hun Cu İn çıxış ediblər.
"Alsatech" şirkətinin direktoru İqbal Əliyev bildirib ki, şirkət hazırda Bakıda 200-dən çox satış nöqtəsinə malikdir.
"Bu müqavilənin imzalanması "Huawei"in istehsal etdiyi avadanlıqların tam çeşidini almaq imkanı yaradır - server həllərindən başlayaraq, şəbəkə avadanlıqlarınadək", - deyə o bildirib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL