waplog

“HTC” şirkəti yeni smartfonunu nümayiş etdirib


Tayvanın “HTC” şirkəti yeni nəsil “HTC One” smartfonunu rəsmən təqdim edib.
“One M9” kod adlı yeni “HTC One” ötənilki “M8” modelinə çox oxşardır. Qurğunun görünüşündə bəzi dəyişikliklər edilib: söndürüb-yandırma düyməsinin yeri dəyişdirilib, daha nazik çərçivələr və ön paneldə şirkətin loqotipi.

"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, diaqonal və ekranın təsvir ölçüsü dəyişməz qalıb: 5 düym və 1980x1080 nöqtə. Amma modelin elektron içliyi tamamilə yenilənib. Smartfon səkkiznüvəli “Snapdragon 810” prosessoru, 3 QB əməli yaddaş və 32 QB daxili fləş yaddaşla təchiz olunub. “MicroSD” yaddaş kartının köməyi ilə daxili yaddaşın həcmini artırmaq imkanı var.

“HTC One M9” aparatına “Sense 7” interfeysli “Android 5.0 Lollipop” mobil əməliyyat sistemi quraşdırılıb.
Tayvan istehsalçısı gümüşü-qızılı “HTC One M9” qurğusunu buraxaraq qabaqcıl smartfonlarının rəng qammasını genişləndirib.

Kamera hissəsində vacib dəyişikliklər edilib. Belə ki, yeni modelə 20 meqapiksellik əsas kamera quraşdırılıb. “HTC One M9” qurğusunun kamerası “4K” təsvir ölçüsündə çəkməyə imkan verir. Tayvan şirkəti hələ ki “UltraPixel” texnologiyasından tamamilə imtina etməyib. Belə ki, “UltraPixel” modulu smartfonun ön kamerasına quraşdırılıb. Nəticədə, hətta çox zəif işıqlandırma şəraitində ön kamera ilə çəkilmiş fotoşəkillər parlaq və keyfiyyətli alınacaq.

Smartfonun akkumulyator batareyasının tutumu 2840 milliamper/saat təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL