2016-cı ildə dünyada 12 “Ultra HD” formatlı kanal fəaliyyət göstərəcək
“Eutelsat Germany” şirkətinin nümayəndəsi Hans-Piter Şmittin fikrincə, 2016-cı ildə dünyada müxtəlif peyklərdən yayımlanan 12 “Ultra HD” standartlı kanal fəaliyyət göstərəcək.
2013-cü ilin yanvarında “Eutelsat” peyk operatoru ilk "Ultra HD” kanalın yayımına başladıqdan sonra bu sahədə hadisələr sürətlə cərəyan edib.
“Bu yayım standartının inkişafı “HD” formatı ilə müqayisədə daha yüksək templərlə gedir. “4К/Ultra HD” formatında yayım artıq efir televiziyasının şəbəkələrində və operatorların "IPTV” təkliflərində həyata keçirilir”, - şirkət nümayəndəsi qeyd edib.
Dünyada “4K” standartının inkişafına kömək edən hərəkətverici qüvvə avadanlıq istehsalçıları və kontent hüququ sahibləridir. Bu istiqamətdə daha çox irəliləyiş Asiya və Şimali Amerika ölkələrində müşahidə olunur, Avropa isə bir qədər geri qalır.
Hans-Piter Şmittin sözlərinə görə, ödənişli peyk televiziya operatorları paketlərin tərkibində “Ultra HD” kontentini mütəmadi təklif edəcək ilk operatorlar olacaq, - "Mediasat” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL