“iFon” telefonlarının istehsalçısı Hindistanda “iPhone” smartfonunu qadağan etməyi tələb edir
Ucuz "iFon" telefonlarının buraxılışı üzrə ixtisaslaşmış Hindistanın "iVoice Enterprises" şirkəti ölkə ərazisində "iPhone" satışını qadağan etmək qərarına gəlib. Şirkət Çin və Tayvanda öz qurğularının istehsalına başlamaq niyyətində olub, ancaq investorlar "Apple"ın Hindistana gəlişindən sonra bu layihəyə sərmayə qoymaqdan imtina ediblər.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "iVoice Enterprises" şirkəti 2007-ci ildə təsis edilib. 2008-ci ildə ABŞ korporasiyası Hindistanın Ticarət Markaları Reyestri ünvanına "iFon" markasını silmək xahişi ilə bağlı ərizə təqdim edib, çünki "iFon" markasının səslənməsi "iPhone" ilə çox oxşardır. Bundan sonra investor və tərəfdaşlar "iVoice Enterprises" şirkətini dəstəkləməkdən imtina ediblər və layihənin maliyyələşdirilməsini dayandırıblar.
"Biz hər kəs üçün əlçatan mobil telefonu buraxmaq istəyirdik, buna görə "India Phone" (iFon) seçilib" – şirkətin direktoru deyib. O bildirib ki, ticarət markasının qeydiyyatı üçün sorğu hələ 2007-ci ildə ("Apple" aparatlarının elanından əvvəl) verilib.
2010-cu ildə Hindistan şirkəti "iPhone" ticarət markasının Reyestrdən çıxarılması haqda qarşılıqlı iddia qaldırıb və 2013-cü ildə ticarət markalarının qeydiyyatı üçün ərizələrin verilməsi tarixinin təyini üçün rəsmi proseduru keçirməyi xahiş edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL