“Ultra HD” yaxın beş ildə əsas istiqamət olacaq
"Intelsat" peyk operatorunun sifarişi ilə keçirilən qlobal tədqiqatdan məlum olub ki, rəyi soruşulan top-menecerlərin 63 faizi "Ultra HD" formatlı kontentdən istifadənin yaxın 5-7 ildə əsas istiqamət olacağını düşünür.
Respondentlərin 42 faizi artıq "4K/Ultra HD" standartında televiziya yayımının işə salınması barədə qərar qəbul edərək belə layihələrin həyata keçirilməsi üçün konkret müddət müəyyən edib.
Bununla belə, "Ultra HD" texnologiyasının hansı seqmentlərdə daha əvvəl qəbul edilməsi ilə bağlı fikir ayrılıqlarının olması qeyd olunur.
"4K/Ultra HD" formatının tətbiqinin sürətlənəcəyi seqmentlər arasında daha çox kinematoqraf (38 faiz), "ОТТ" və "DTH" texnologiyalarının adı çəkilir. Lakin texniki və digər şöbə əməkdaşlarının fikri ciddi fərqlənir. Bundan başqa, rəyi soruşulanların 60 faizi hesab edir ki, standart sifarişlə video seqmentində sürətlə inkişaf edəcək ki, bu da analoq kanalların birinci olacağını hesab edənlərin sayından təxminən iki dəfə çoxdur.
Rəyi soruşulan peşəkarların fikrincə, "4K/Ultra HD" standartının tətbiqi üsulları regionlardan asılı olaraq fərqlənəcək.
Məsələn, respondentlərin 47 faizi hesab edir ki, "Ultra HD" əvvəlcə Asiya-Sakit okean ölkələrində möhkəmlənə bilər. 34 faiz standartın ilk dəfə Şimali Amerika, 16 faiz Qərbi Avropa regionunda tətbiq ediləcəyini düşünür.
Rəyi soruşulanların üçdə bir hissəsi "Ultra HD"-nin tətbiqinin sürətləndirilməsi üçün əsas amil kimi çoxlu kontentin (38 faiz) və ev təsərrüfatlarına nüfuzetmənin (35 faiz) olmasını, eləcə də "Ultra HD" ilə uyğunluq təşkil edən rəqəmli televiziya qəbuledicilərinin (31 faiz) əldə edilməsinin mümkünlüyünü qeyd edirlər, - "Mediasat" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL