waplog

Azərbaycanın qaz operatorunun “Qaynar xətt”lərinə daxil olan zənglər avtomatik qaydada qeydiyyata alınacaq


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyində “Qaynar xətt” xidməti təkmilləşdirilərək Müştəri xidməti şöbəsinin tərkibində yeni “Çağrı Mərkəzi” xidməti yaradılıb.
 
ARDNŞ-dən verilən məlumata görə, abonentlər bundan sonra 104 və 185 nömrəli “qaynar xətt”lərə zəng vuraraq səsli menyunun köməyi ilə müvafiq düymələrdən birini seçməklə öz müraciətlərini ünvanlaya biləcəklər. Həmçinin, sistemin köməkliyi ilə daxil olan zənglər avtomatik qaydada qeydiyyata alınacaq və yerli qaz istismar sahələrinə elektron formada göndəriləcək. Bu isə daxil olan şikayət və ya təkliflərin dərhal araşdırılaraq həll edilməsinə müsbət təsir göstərəcək.
 
Eyni zamanda, daxil olan bütün müraciətlər arxivləşdiriləcək. Bunun üçün artıq müvafiq proqram təminatı yaradılıb və lazımi materiallarla təmin olunub.
 
Qeyd edək ki, hazırda xidmət fəaliyyət göstərir, işçilərin təlimatlandırılması və istifadə qaydaları haqqında təlimlər davam etdirilir. Yaxın vaxtlarda xidmət tam istifadəyə veriləcək.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL