waplog

Azərbaycanda qızların da İKT istiqamətində təhsil almasına olan maraq artıb


“Azərbaycanda yetişən gənclik bir sıra istiqamətlər üzrə təhsillərini davam etdirmək istəyirlər. Əvvəllər ölkəmizdə gənclər arasında populyar olan istiqamətlərdə dəyişikliklər baş verib. Bəziləri öz populyarlığını itirsə də, digərləri aktuallığını qoruyub saxlayıb. Yeni populyarlıq qazanan sahələrdən biri və bəlkə də birincisi, informasiya-kommunikasiya texnologiyalarıdır”.
 
“ICTnews” elektron xəbər xidməti bildirir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə Azərbaycan Texniki Universitetində  keçirilən “Gənclərin peşə seçiminin gender aspektləri” adlı konfransda səsləndirilib.
 
Tədbirdə qeyd edilib ki, hazırda Azərbaycanda İKT sahəsinə təkcə oğlanlar deyil, eyni zamanda qızlar da böyük maraq göstərir. Qızların İKT istiqamətində öz karyeralarını qurmasına cəhd etməsinin sevindirici hal olduğu qeyd  edilərək vurğulanıb ki, dövlət, digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sferasında da parlamaq istəyən gənclərə çox geniş imkanlar və meydan yaradıb.
 
 
Konfransda təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Azərbaycanda gender müxtəlifliyi təhsilalma prosesində təsirini göstərir. Onun sözlərinə görə, təhsil maraqları qızlar və oğlanlar arasında müxtəlifdir:
 
“Oğlanlar adətən daha çox təbiət, texniki, humanitar fənlərə, qızlar isə daha çox humanitar fənlərə və tibb sahəsinə meyillidirlər. Son illər texniki profilli təhsil müəssisələrində qızların sayı artmaqdadır. Nazirlik gender məsələləri ilə bağlı ali və orta təhsil müəssislərində davamlı maarifləndirmə işləri aparır”.
 
SEYMUR 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL