waplog

Avropol: “Kriptovalyutalar pulların yuyulması üçün vasitədir”


Rəqəmli valyutalar qeyri-qanuni fəaliyyət göstərən və işi cinayətlərin törədilməsindən ibarət olan sahibkarlar üçün pulların yuyulması üçün vasitədir. Bu barədə Avropolun hesabatında deyilir.
 
Kriptovalyutalar konsepsiyası qanuni istifadəni nəzərdə tutsa da, virtual pullarla anonim hesablaşmalar onları cinayətkarlar üçün qazanclı alətə çevirir.
 
Avropa İttifaqı hüquq-mühafizə orqanının nümayəndələri qeyd edirlər ki, ənənəvi cinayətkar qrupların fəallığının azalması layihə əsasında qanunsuz fəaliyyət təşkil edən fərdi sahibkarların meydana çıxması ilə müşahidə olunur. Pulların ənənəvi yuyulma üsulları ilə yanaşı, kriptovalyutalardan getdikcə daha çox layihə iştirakçılarının əməkhaqqılarının ödənilməsi üçün istifadə edilir.
 
Virtual valyutalar inkişaf etməkdə davam edir və yaxın vaxtlarda bazara tranzaksiyaların anonimliyini və mühafizəsini daha etibarlı təmin edən yeni kriptovalyutaların daxil olacağı gözlənilir. Ekspertlər ehtiyat edirlər ki, bazarda virtual pulların çoxluğu hazırda geniş ictimaiyyət tərəfindən qeyri-qanuni malların, qadağan olunmuş kontentin, psixotrop maddələrin və s. alışını məhdudlaşdıran maneələri ləğv edəcək, - "Payspacemagazine yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL