waplog

İsveç şirkəti və Cənubi Koreya provayderi "5G” sahəsində birgə tədqiqatlara başlayıb


Barselonada keçirilən “Mobile World Congress 2015” sərgi və konfransında “Ericsson” şirkəti və Cənubi Koreyanın “KT Corporation” (KT) telekommunikasiya provayderi arasında beşinci nəsil rabitə texnologiyasının (5G) inkişafı və tətbiqi sahəsində əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Şirkətlərin ümumi maraq dairəsinə standartlaşdırma prosesləri, tezlik spektrindən istifadə üzrə müxtəlif strategiyalar, şəbəkələrin qurulma üsulları və onların arxitekturasının planlaşdırılması, eləcə də “Əşyaların interneti”nin (IoT) sürətli inkişafı ilə bağlı məsələlər daxildir.
 
“5G”-nin tətbiqi böyük əhəmiyyətə malikdir. “KT” bu texnologiyanı ilkin öyrənməyə başlayanlardan biridir və biz əminik ki, şirkətlər arasında əməkdaşlıq insanlara və biznesə fayda verəcək. Simsiz şəbəkələrin buraxılış qabiliyyəti hazırda fəaliyyət göstərən “LTE” şəbəkələri ilə müqayisədə 1000 dəfə artaraq 10 Qbit/saniyəni ötəcək”, - "Ericsson” şirkətinin vitse-prezidenti Tomas Norten deyib.
 
Şirkətlər “5G” sahəsində əməkdaşlığa protokol imzalanmamışdan əvvəl başlayıb. Məsələn, 2014-cü ilin noyabrında tezlik daşıyıcılarının birləşməsi texnologiyasının heterogen şəbəkələrdə birgə uğurlu sınaqları keçirilib, - "CNewsyazır.  
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL