Mobil ödəniş istifadəçilərinin sayı 2018-ci ilədək üç dəfə artacaq
Martın 2-5-də Barselonada keçirilən “Mobile World Congress 2015” konfransında “GSMA” Mobil Operatorlar Assosiasiyası 2018-ci ilədək mobil ödənişlər və elektron ticarətin inkişafı üzrə proqnoz təqdim edib. Məlumata görə, mobil ödəniş istifadəçilərinin sayı üç il ərzində üç dəfədən çox artacaq.
Müəssisə və istehlakçılar rəqəmli kommersiyanı ödənişlərin qəbulu üzrə çevik və effektiv xidmətlərin göstərilməsi üçün əsas vasitə hesab edirlər. İnnovativ mobil ödəniş həllərindən müxtəlif sahələrdə, o cümlədən pərakəndə satış, nəqliyyat, elektron kommersiya və başqa sahələrdə istifadə etmək olar.
“GSMA”-nın məlumatına görə, rəqəmli ticarətin həcmi 2018-ci ilədək 3 trilyon dollar təşkil edəcək. 2018-ci ildə ticarətdə istifadə olunan mobil POS-terminalların sayı 2014-cü ildəki 13,6 milyon ədəddən 52,1 milyon ədədədək artacaq. Bu halda xüsusilə kontaktsız ödəniş terminallarının sayı sürətlə yüksələcək. 2018-ci ildə onların sayı 2014-cü ildəki 10 milyondan 65 milyona çatacaq. Kontaktsız mobil ödəniş istifadəçilərinin sayı 2018-ci ildə üç dəfədən çox - 2014-cü ildəki 130 milyondan 410 milyonadək artacaq. Bu, ilk növbədə dünyada smartfonların geniş yayılması sayəsində baş verəcək. Belə ki, 2014-cü ildə “NFC” texnologiyasını dəstəkləyən 510 milyon qurğu satılmışdısa, 2018-ci ildə onların sayı 1 milyarda çatacaq.
Mobil ödənişlər, o cümlədən kontaktsız mobil ödənişlər bazarının sürətli artım tendensiyasını bazarın aparıcı oyunçuları da qeyd edir. Məsələn, konfrans çərçivəsində keçirilən panel diskussiyalar zamanı “PayPal”, “Visa” və “Verifone” şirkətlərinin nümayəndələri bildiriblər ki, “Apple Pay”, eləcə də “Android Pay” və “Samsung Pay” həllərinin bazara çıxması sayəsində sahədə əhəmiyyətli dəyişikliklər baş verəcək, ilk növbədə "NFC” infrastrukturu təkmilləşdiriləcək, - "Рayspacemagazine” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL