waplog

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yeni qrant müsabiqəsi elan edəcək


Azərbaycan Rabitə və Yüksək  Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı  Dövlət Fondu növbəti qrant müsabiqəsini elan edəcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, manatın devalvasiyası ilə bağlı yaranmış qeyri-sabitlik hökumətin İT Fondunun maliyyələşdirilməsinə heç bir təsir göstərməyib.
 
“Bu  il dövlət tərəfindən fond fəaliyyəti üçün nəzərdə tutulmuş 5 milyon manat ayrılıb və maliyyələşmə keçənilki səviyyədə saxlanılıb, bu onu göstərir ki, Azərbaycanda İKT sahəsinin potensialının, startap hərəkatının güclənməsinə və yerli şirkətlərin potensialının artırılmasına dövlət tərəfindən diqqət göstəriləcək və bu sahədə heç bir problem olmayacaq. Artıq ikinci müsabiqənin qalibləri müəyyən edilib və onların maliyyələşməsi davam edir. Bu ildə bu cür müsabiqələrin keçirilməsi və eyni zamanda şirkətlərə kreditlərin verilməsi gözlənilir”, - deyə nazir müavini qeyd edib.
 
E. Vəlizadənin verdiyi məlumata əsasən, bu günlərdə  nazirlikdə müşahidə şurasının növbəti iclası keçirilib və artıq birinci qrant müsabiqəsinin qalibi olan 7 layihənin son mərhələyə çatması haqda fondun rəyləri təqdim edilib və təsdiq olunub.
 
Aynur Vəliyeva   
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL