waplog

“Sony” öz virtual reallıq şlemini nümayiş etdirib


“Sony” şirkətinin “Project Morpheus” adlı virtual reallıq şlemi 2016-cı ilin birinci yarısında satışa çıxarılacaq. Korporasiyanın nümayəndələri San-Fransiskoda (Kaliforniya ştatı) keçirilmiş tədbirdə bu qurğunu nümayiş etdirib. İstehsalçılar əmin ediblər ki, bu qurğunun sayəsində  virtual reallıq dünyasına baxış imkanı mümkün olacaq.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Project Morpheus” qurğusu "Playstation Camera" kamerası və “PS Move” kontrollerləri ilə əlaqəli işləyən şlemdir. "Playstation Camera" kamerası və “PS Move” kontrollerləri insanın məkandakı hərəkətlərini və vəziyyətini qeydə alırlar. Aksessuarın daxilində 1920x1080 təsvir ölçülü 5,7 düym diaqonallı ekran yerləşir. Baxış bucağı 90 dərəcə təşkil edir  və “Sony” şirkətinin istehsalçıları əmin edirlər ki, bu, virtual reallıq dünyasına köklənmək üçün kifayət edir. Şlem “Playstation 4” əlavəsinə “USB” kabelin köməyi ilə qoşulur.

Hazırda “Sony” şirkəti üçün virtual reallıq sahəsində əsas rəqiblər "Valve" və “Oculus VR” şirkətləri olacaq. Ancaq Yaponiya şirkəti “Project Morpheus” şleminə böyük ümid bəsləyir, çünki yeni qurğu "Playstation 4" əlavəsi ilə qarşılıqlı əlaqədə olacaq.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL