waplog

Elmi müəssisə və təşkilatlarda elektron elmin mövcud vəziyyətinin monitorinqi aparılacaq


Azərbaycanın elmi müəssisə və təşkilatlarında elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək. Bununla bağlı AMEA Rəyasət Heyəti sərəncam imzalayıb.
 
Akademiyadan bildirilib ki, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında da mühüm vəzifələr qoyub. Bu vəzifələrdən biri “Elektron Azərbaycan”ın tərkib hissəsi olaraq elektron elmin formalaşdırılmasıdır.
 
Son zamanlar AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri kimi e-elmin elmi-nəzəri əsasları geniş tədqiq olunur, onun şəbəkə platforması olan “AzScienceNet” elm kompüter şəbəkəsinin infrastrukturu inkişaf etdirilir, AMEA-nın elmi müəssisə və təşkilatlarının bu şəbəkə ilə əhatə olunması, xidmətlərindən istifadəsi və beynəlxalq elmi mühitə inteqrasiyası işləri uğurla davam etdirilir.
 
 
AMEA-nın elmi müəssisə və təşkilatlarında İKT ilə təminatın vəziyyətini analiz etmək, qiymətləndirmək, rəqəmsal fərqləri aşkarlamaq, növbəti dövr üçün e-elmin fəaliyyət prioritetlərini müəyyənləşdirmək, həmçinin nəticələrin AMEA-nın 2014-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş Ümumi yığıncağına təqdim etmək məqsədi ilə monitorinq keçirilməsi haqqında qəbul edilmiş bu qərar ölkədə uğurla həyata keçirilən İnformasiya Cəmiyyəti quruculuğuna böyük dəstək olacaq.
 
Monitorinqin təşkili və nəticələri əsasında hesabatın hazırlanması AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb.
 
Monitorinq forması “www.science.az”  və “www.ict.az”  saytlarında yerləşdirilib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL