waplog

“Galaxy S6” qurğusu “iPhone 6”-nın rəqibi ola bilər


Barselonada keçirilən "Mobile World Congress" çərçivəsində çoxdan gözlənilən təqdimatlardan biri baş tutub.

"ICTnews" xəbər xidmətinin "Bakcell" şirkətinin rəsmi internet resurslarından birinə istinadən verdiyi məlumata əsasən, təqdimatda "Samsung" şirkətinin "Galaxy S6" flaqman telefonu nümayiş etdirilib.

"iPhone 6"-nın yeni rəqibi olacaq "Galaxy S6"-nın satışı aprel ayının 10-a planlaşdırılıb. Bu smartfonda ən son mobil texnologiyalardan istifadə olunub. Telefonun ölçüsü 143×71×6,8mm, çəkisi 138 qramdır.
Korpusunda bütövlüklə alüminiumdan istifadə olunub, üz hissəsini isə "Gorilla Glass 4" qoruyur. Qurğunun "5.1 Super AMOLED" tipli ekranı kifayət qədər böyükdür və "Quad HD" rejimini dəstəkləyir.
 
Aynur Vəliyeva 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL