waplog

“Lenovo” melomanlar üçün ucuz fabletlər təqdim edib


“Lenovo” şirkətinin smartfon xəttinə yeni “A7000” smartfonu əlavə edilib. Adı çəkilən smartfonun əsas özəllikləri musiqinin səslənmə keyfiyyətini yüksəldən yeni audiotexnologiya ilə təchizidir.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, fabletlər seqmentinə məxsus yeni qurğu 1280x720 piksel təsvir ölçülü 5,5 düymlük “IPS” ekran, 1.5 QHs takt tezlikli 64 bitlik “MediaTek MT6752”  prosessoru, 2900 milliamper/saat tutumunda akkumulyator batareyası, 5 və 8 meqapiksellik rəqəmli kameralarla təchiz edilib. Əməli yaddaşın həcmi 2 QB-dır.

“Lenovo A7000” smartfonu, həmçinin 8 QB daxili fləş yaddaş, “microSD” çıxarılıb taxılan daşıyıcılar üçün slot, “GPS” modulu, “4G LTE”, “3G”, “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth 4.0” simsiz kommunikasiya vasitələri, “Micro-USB” portu və qulaqlıqlar üçün 3,5 mm-lik konnektorla təchiz edilib.

Cihazın fiziki ölçüləri 152,6x76,2x7,9 mm, çəkisi 140 qramdır. Telefon “Android” platforması ilə işləyir.
Smartfonun satışı 2015-ci ilin martına nəzərdə tutulub. Qurğunun dəyəri təxminən 170 dollar təşkil edəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL