waplog

Çin internet şirkətlərinə beynəlxalq bazarlara çıxmağa kömək edəcək



Çin Dövlət Şurasının sədri Li Ketsyan inkişaf etməkdə olan mobil internet, “bulud” hesablamaları, elektron ticarət və s. sahələrdə innovasiyalara dəstək fondunun yaradılmasını bəyan edib.
 
Fondun hesabına artıq 40 milyard yuan (6,5 milyard dollar) köçürülüb. Bildirilir ki, dövlət dəstəyi Çinin internet şirkətlərinin beynəlxalq bazarlara çıxmasına kömək edəcək.
 
Ölkənin bir sıra internet şirkətləri, o cümlədən "Baidu” axtarış sistemi, "Alibaba” elektron ticarət platforması, "Tencent” məlumat və oyunlar mübadiləsi vasitələri tərtibatçısı böyüklüyünə görə nəhəng beynəlxalq şirkətlərdən heç də geri qalmır. Lakin onlardan heç biri dünya bazarında “Google” və ya “Facebook” kimi mövqe tutmur. Buna baxmayaraq Çin şirkətləri onlardan geri qalmağı düşünmür. Məsələn, "Alibaba” bu yaxınlarda ABŞ-ın “Silikon vadisi”ndə ilk xarici məlumat emalı mərkəzini istifadəyə verib. “Tencent” şirkəti “WeChat” məlumat mübadilə platformasını Cənub-Şərqi Asiyanın inkişaf etməkdə olan ölkələrində inkişaf etdirir, - "Computerworld” yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL