BMT-nin Kapitalın İnkişafı Fondu ilə İKT-nin inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılıb
Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektoru üzrə böyük nailiyyətlər əldə etməsi bu sahə üzrə beynəlxalq əlaqələrin qurulmasına və daha da möhkəmləndirilməsinə müsbət təkan verib.
Məhz bu səbəbdəndir ki, həm ölkəmizdə keçirilən, həm də ölkə xaricində reallaşdırılan İKT tədbirlərində xarici investorlar, iş adamları və dövlət nümayəndələri Azərbaycan tərəfi ilə əlaqələr qurmağa cəhd edir, ortaq layihələrin həyata keçirilməsi, müştərək avadanlıq istehsalının gerçəkləşdirilməsi ilə bağlı müxtəlif tipli təkliflər irəli sürürlər.
Azərbaycanda İKT bazarının genişləndirilməsi, azad rəqabət mühitinin formalaşdırılması xarici sərmayəçilərin diqqətini çəkməklə yanaşı, həm də ölkəyə investor axınının böyüməsi üçün münbit şərait formalaşdırıb. Ona görə də Azərbaycan rəsmiləri beynəlxalq müstəvidə bir çox görüşlər keçirməkdədir. Belə görüşlərdən biri də Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyevlə BMT-nin Kapitalın İnkişafı Fondunun icraçı katibinin müavini Xaviyer Mişonla olub.
Bu barədə “ICTnews.az”a XİN-in mətbuat xidmətindən məlumat verilib. XİN-dən deyilib ki, sözügedən görüş zamanı tərəflər informasiya-kommunikasiya texnologiyaları, maliyyə xidmətləri, su təchizatı və sanitariya sahələrində qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşdə İKT-nin inkişaf istiqamətləri, bu sahə üzrə əldə olunan nəticələr, İT avadanlığı və digər mövzularda fikir mübadiləsi aparılıb.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL