waplog

Azərbaycan Qadınlarının İKT Klubunun görüşü keçirilib


Bu günlərdə Bakıda Azərbaycan Qadınlarının “Femmes Digitales” İKT Klubunun ilk görüşü keçirilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, görüşün əsas məqsədi klubun yeni qəbul edilmiş üzvləri ilə tanışlıq, klub tərəfindən 2015-ci il üçün nəzərdə tutulmuş iş planının, klubun yeni İnternet saytının dizayn və konsepsiyasının təsdiq edilməsi idi.
 
Eyni zamanda tədbirdə gənclər və xüsusilə qızlar arasında informasiya və kommunikasiya texnologiyaları sektorunu təşviq etmək məqsədilə orta məktəb və universitetlərdə maarifləndirici proqramlardan ibarət bir sıra ictimai tədbirlər planı təyin edilib.
 
Görüş çərçivəsində klubun bütün üzvlərinə Azərbaycanın qabaqcıl texnologiyası sayılan, mobil telefonun köməyi ilə rəqəmsal şəxsiyyət vəsiqəsi və imzalama funksiyasını yerinə yetirərək bütün elektron xidmətlərə giriş imkanı verən “Asan İmza” hədiyyə edilib. “Asan İmza”dan necə və harada istifadə edilməsinə dair praktik təqdimat da tədbirdə nümayiş olunub.
 
Klubun təsisçiləri arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “B.EST Solutions”, “Microsoft”, “HP”, “Azercell”, “Bakcell”, “Azerfon”, “BBTV”,    AGAT, İTECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, ASAN, “Mont”, “Cybernet”, BestComp, İnfipro,  Milli Kart və Azərbaycanın digər müxtəlif təşkilat və şirkətlərində aparıcı vəzifələrdə çalışan qadınlar təmsil olunur.
 
 “FEMMES DİGİTALES” klubu yeni yaransa da, artıq dövlət və özəl təşkilatların aparıcı vəzifələrində çalışan qadınlar, eləcə də ölkənin İKT sahəsində karyera qurmağı hədəfləyən gənc qızlar arasında geniş populyarlıq qazanıb.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL