"Qualcomm" şirkəti 15 milyard dollar dəyərində səhmlərini geri alır
Dünyanın aparıcı çip istehsalçısı "Qualcomm" şirkəti 15 milyard dəyərində səhmlərini geri alaraq rüblük dividendlərini artırır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkət 12 ay ərzində 10 milyard dəyərində səhmləri geri almaq niyyətindədir. Bu səhmlərin qiyməti dünən keçirilən birja ticarətlərində 2,6 faiz artaraq 74,60 dollara çatıb.
"Qualcomm" şirkəti eyni zamanda rüblük dividendlərini artıraraq 42 sentdən 48 sentə çatdırıb. Şirkətdən verilən rəsmi məlumata əsasən, yeni gerialma planı əvvəlki 2,1 milyard dollar avtorizasiya bərpa proqramını dəyişəcək.
Şirkət keçən ilin mart ayında gerialma planının həcmini çoxaldaraq 2,8 milyard dollardan 7,8 milyard dollara çatdırıb.
"Qualcomm" keçən ilin sentyabrına kimi, səhm sahiblərinə 7,1 milyard dollar qaytarıb ki, bu da 93 faiz sərbəst gəlirə bərabərdir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL