waplog

Avropada rouminq üçün ödəniş hələ ləğv edilməyəcək


Avropa Birliyinə üzv dövlətlərin hökumətləri ən azı 2018-ci ilin sonunadək rouminq üçün ödənişin saxlanılmasının lehinə səs veriblər.

Xatırladaq ki, ötən ilin aprelində Avropa parlamenti Avropa Birliyində dövlətlərarası rouminqin ləğvini təsdiqləyib: belə güman edilirdi ki, rabitə operatorları 2015-ci ilin sonunadək müvafiq xidmət üçün ödənişin qəbulunu dayandıracaq. Layihənin müəllifləri iddia edirdilər ki, bu təşəbbüs telekommunikasiya bazarını canlandıracaq. İndi telekommunikasiya bazarı Avrozonadakı rouminqə görə təxminən 300 milyon istifadəçi itirir. Bundan başqa, yeni qaydalar internet üzərindən ünsiyyət saxlamağa imkan verən smartfonlar üçün tətbiq tərtibatçılarına fayda gətirməli idi.

"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, nəticədə Avropa Birliyinə daxil olan ölkələrə səyahət edən istifadəçilər bundan sonra da rouminqə görə ödəməli olacaqlar. Amma tarif siyasətinin azaldılmasına baxılacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL