Kapital bazarlarının informasiya sistemlərinin təchizatı üzrə Koreya təcrübəsi öyrənilir
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə geniş nümayəndə heyətinin Koreya Respublikasına işgüzar səfəri başlanıb.
Səfərin məqsədi Koreya qiymətli kağızlar bazarının inkişaf və tənzimlənmə təcrübəsi ilə tanışlıq, QKDK ilə Koreya Birjası arasında “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti istiqamətində kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması üzrə əldə edilmiş təcrübə əsasında Azərbaycan kapital bazarında mükəmməl sistemin tətbiqinə töhfə vermək, eləcə də kapital bazarı sahəsində ikitərəfli əlaqələri möhkəmləndirməkdən ibarətdir.
Komitədən bildirilib ki, 14 mart tarixinədək davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Koreya Birjası, Maliyyə Xidməti Komissiyası, Koreya Maliyyə İnvestisiya Assosiasiyasının fəaliyyəti ilə yaxından tanışlıq, sözügedən maliyyə təsisatlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, həmçinin Koreya Milli Assambleyasının üzvləri ilə ikitərəfli əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə və informasiya mübadiləsi məsələlərinə dair müzakirələrin aparılması nəzərdə tutulub.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL