waplog

Dünyada “Apple” məhsulları bahalaşıb


“Apple” şirkəti dünyanın əksər ölkələrində satılan məhsullarının qiymətini dəyişib. ABŞ valyutasının möhkəmlənməsi ilə əlaqədar olaraq “iPhone”, “iPad” və “Mac” qurğuları Avstraliya, Kanada, Yeni Zelandiya, Fransa, Danimarka, İsveç, Finlandiya və bir sıra digər ölkələrdə bahalaşıb.
 
Məsələn, Kanadada şirkət “iPhone 6” smartfon modelinin qiymətini 749-969 dollardan 839-1099 dollaradək artırıb. Beləliklə, artım 12-13 faiz təşkil edib. Yerli pul vahidinə nisbətdə Kanadada smartfon ABŞ-dan 30 faiz bahadır.
 
“Mac” kompüterlərinin qiyməti də dəyişib. Hazırda Kanadada 15 düym diaqonallı “Retina” ekranlı "MacBook Pro” modelinin qiyməti 2449-3049 dollardır, halbuki əvvəlki qiymət 2099-2699 dollara bərabər olub.
 
“Thunderbolt Display” monitoru 200 Kanada dolları - 999 ABŞ dollarından 1199 ABŞ dollarınadək bahalaşıb, - "Macdigger yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL