waplog

“YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama dəyişiklik edildi


"YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 826; 2006, № 9, maddə 743; 2014, № 9, maddə 1027) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin: "3. YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi müəyyən edilsin:

Komissiyanın sədri
 
Elmar Məmmədyarov
Azərbaycan Respublikasının xarici işlər naziri
 
Komissiya sədrinin müavinləri
 
Akif Əlizadə
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
 
Mikayıl Cabbarov
Azərbaycan Respublikasının təhsil naziri
 
Əbülfəs Qarayev
 
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
 
Əli Abbasov
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
 
Komissiyanın üzvləri
 
Kamal Abdullayev
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri
 
Novruz Məmmədov
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri
 
Fatma Abdullazadə
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
 
Elmira Süleymanova
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
 
Hüseynqulu Bağırov
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
 
Azad Rəhimov
Azərbaycan Respublikasının gənclər və idman naziri
 
Hicran Hüseynova
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
 
Aslan Aslanov
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru
 
Urxan Ələkbərov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
 
Samir Nuriyev
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
 
Zərifə Salahova
Azərbaycan Kitab Cəmiyyətinin sədri".
 


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 mart 2015-ci il.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL