waplog

Cənubi Koreya şirkəti ötən il məhsul hazırlanması və tədqiqatlara 13,8 milyard dollar xərcləyib


Cənubi Koreyanın "Samsung" şirkəti 2014-cü il üçün xərclər üzrə auditin nəticələrini açıqlayıb. Məlumatda məhsul hazırlanmasına və yeni texnologiyaların tədqiqinə xərclər xüsusilə qeyd olunur.

Ötən il şirkət bu istiqamətdə 13,8 milyard dollar xərcləyib ki, bu da "Apple" şirkətinin məhsulların işlənib hazırlanmasına xərclərindən 3 dəfə çoxdur. Vəsait qoyuluşu elastik "AMOLED" displeylər və ya mobil qurğular üçün yeni çiplər kimi çoxlu məhsul istehsalına imkan verib. İşləmələrə xərclərin həcmi şirkətin il ərzində satışdan 185,6 milyard dollara çatan gəlirinin 7,4 faizinə bərabər olub.  
 
Ötən maliyyə ili ilə müqayisədə işləmələrə xərclərin həcmi 3,7 faiz artıb, halbuki şirkətin gəlirləri 10 faiz azalıb. "Sаmsung" reklam və məhsulların tanıdılmasına xərcləri kəskin azaldıb. Reklam xərcləri 10 faiz - 3,7 milyard dollardan 3,3 milyard dollaradək, satış həcminin artırılmasına isə 7,3 milyard dollardan 6,9 milyard dollaradək endirilib, - "4PDA" yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL