waplog

Günəş batareyası ilə işləyən “Solar Impulse 2” təyyarəsi Hindistana enib


Yalnız günəş enerjisinin köməyi ilə yerətrafı səyahət etməyə çalışan, günəş batareyası ilə işləyən İsveçrənin “Solar Impulse 2” təyyarəsi Hindistanın Əhmədabad şəhərinə enib.
 
"ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, təyyarə yerli vaxtla saat 23:25-də yerə enib. Omandan Əhmədabad şəhərinə uçuşun müddəti təxminən 15 saat çəkib.
Bu, yerətrafı uçuşun ikinci mərhələsidir.
 
“Solar Impulse 2” təyyarəsi Əhmədabaddan Hindistanın Varanasi şəhərinə uçmalıdır.
 
“Solar Impulse 2” birinci nümunənin təkmilləşdirilmiş variantıdır.
 
Uçuş aparatının qanadlarının kənar nöqtələri arasındakı məsafə 72 metr təşkil edir və çəkisi təxminən 2,3 tondur. Təyyarənin ölçüləri “Airbus A380” adlı ən böyük sərnişin daşıyıcısı ilə müqayisə oluna bilər. Təyyarənin əksər hissəsini təxminən 17 min fotoelement əhatə edir ki, litium-ion batareyaları ilə birgə aparatın mühərrikinin işini təmin edir. Təyyarənin sürəti saatda 140 km-ə bərabərdir, aparat 12 min kilometr hündürlükdə uça bilir.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL