“Elektron hökumət” portalında istifadədə olan elektron xidmətlərin sırasına yeniləri əlavə edilib
Azərbaycanda təhsil sektoruna dair daha iki elektron xidmət “Elektron hökumət” portalı vasitəsilə istifadəyə verilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış” və “Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” xidmətləri Təhsil Nazirliyinin təqdim etdiyi e-xidmətlərin siyahısına daxil edilib.
Bu xidmətlərin göstərilməsi nəticəsində sözügedən arayışları tez və asan şəkildə əldə etmək imkanı yaradılıb.
Qeyd edək ki, hazırda Təhsil Nazirliyi “Elektron hökumət” portalı üzərindən 6 elektron xidmət göstərir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL