“Apple” Birləşmiş Ərəb Əmirliklərində üç mağaza açacaq
ABŞ-ın “Apple” şirkəti bu ilin sonunadək Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) üç "Apple Store” pərakəndə satış şəbəkəsi açmağı planlaşdırır. Məlumata görə, mağazaların ikisi Dubayda, biri paytaxt Əbu-Dabidə istifadəyə veriləcək.
“Apple” BƏƏ-də mağazaların açılması ilə bağlı rəsmi bəyanat verməsə də, qeyri-rəsmi məlumatlara görə, dünyanın ən böyük mağazası yaxın iki ay ərzində "Mall of the Emirates” ticarət mərkəzində açılacaq. Bildirilir ki, Dubaydakı yeni “Apple Store” böyüklüyünə görə Nyu-Yorkda yerləşən və ərazisi 2070 kv.m, ştatı 300 nəfər təşkil edən "Grand Central” mağazasını geridə qoyacaq.
Qeyd olunur ki, ikinci mağaza Əbu-Dabidə "Yas Mall” ticarət mərkəzində, üçüncü populyar “Downtown Dubai” rayonunda istifadəyə veriləcək.
Ötən ilin fevralında “Apple” şirkətinin baş direktoru BƏƏ-də səfərdə olaraq ölkədə ilk "Apple Store” mağazasının açılmasını müzakirə edib, - "Macdigger” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL