İnformasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı yüksək olaraq qalır
Azərbaycanda informasiya və rabitə sahəsində çalışan işçilərin orta aylıq nominal əməkhaqqının daha yüksək olması növbəti dəfə qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi statistik göstəriciləri açıqlayıb.
DSK-nın yaydığı məlumatda cari il fevralın 1-nə olan vəziyyət göstərilib. Statistik hesablamalara görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1511,4 min nəfər olub, onlardan 881,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 629,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 1,7 faizi informasiya və rabitə sahəsində, 22,3 faizi təhsildə, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,5 faizi sənayedə, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində və iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2015-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 444,4 manat təşkil edib.
“İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əməkhaqqı daha yüksək olub” – deyə Dövlət Statistika Komitəsindən bildirilib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL