waplog

Bir ay ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 e-xidmətindən 175,6 min dəfə istifadə olunub


Azərbaycanda fevral ayında ən çox istifadə olunan 10 elektron xidmətdən 4-ü Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) payına düşüb.
 
RYTN-lə yanaşı, e-xidmətlərindən ən çox istifadə olunan qurumlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yer alıb.
 
İstifadəçilər fevralda RYTN-in 4 elektron xidmətindən ümumilikdə  175 667 dəfə yararlanıb.  Belə ki, nazirliyin “Telefon nömrəsi üzrə axtarış” xidməti üzrə 72165, “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidməti üzrə 45819 istifadə sayı qeydə alınıb. “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən 35457, “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətindən  22226 dəfə faydalanıblar.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL