Fevralda elektron arayış xidmətindən istifadə sayı 10 201-ə çatıb
Fevral ayında vətəndaşlar “Elektron hökumət” portalındakı “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidmətindən 10 201 dəfə istifadə ediblər.
Sözügedən elektron xidmətdən hazırda “Bank of Baku”, “Unibank” ASC, “Accessbank”, “Bakı Ticarət Bankı”, “Muğanbank” ASC, “Bank Respublika” ASC, “AGBank” ASC, “Rabitəbank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC, BOKT “İnkişaf üçün Maliyyə” MMC və BOKT “İdeal Kredit” MMC faydalanmaqdadır.
Qeyd edək ki, “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlardan ən çox tələb olunan arayışların asanlıqla elektron şəkildə əldə edilməsi məqsədi ilə yaradılıb. Adları qeyd olunan banklara və bank olmayan kredit təşkilatlarına müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək onlayn rejimdə “Elektron hökumət” portalına daxil olub, kredit almaq və digər məsələlər üçün özünə aid fərdi məlumatlar üzrə elektron arayışı təqdim etmək imkanını əldə edir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL